525.Az

Peskov: Rusiyanın Suriyadakı hərbi mövcudluğu barədə danışmaq hələ tezdir


 

Peskov: Rusiyanın Suriyadakı hərbi mövcudluğu barədə danışmaq hələ tezdir<b style="color:red"></b>

Rusiyanın Hmeymim və Tartusdakı bazalarının saxlanılması barədə danışmaq hələ tezdir.

525.az “Report” -a  istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Suriyada baş verənlər bütün dünyanı, o cümlədən Rusiyanı təəccübləndirib. Orada vəziyyət hələ qeyri-sabitdir, transformasiya dövrü gedir. Rusiya hökuməti Suriyada hərbi bazaların təhlükəsizliyini təmin edə biləcək şəxslərlə əlaqə yaratmaq üçün bütün lazımi tədbirləri görür", - o qeyd edib.

D.Peskov həmçinin bildirib ki, Suriyanı tərk edən Bəşər Əsəd və ailəsinə siyasi sığınacağın verilməsi barədə qərarı Prezident Vladimir Putin qəbul edib.

"Əlbəttə ki, belə qərarlar dövlət başçısı olmadan qəbul edilə bilməz. Bu onun qərarıdır", - Kremlin nümayəndəsi vurğulayıb.

 





09.12.2024    çap et  çap et