525.Az

Bir qartal da havalanıb zirvə qaşından...


 

Bir qartal da havalanıb zirvə qaşından...<b style="color:red"></b>

(Tərcüməçi məsuliyyəti istedadı haqqında söz)

A.S.Puşkin Azərbaycanmövzusunda Azərbaycan filoloqları dissertasiyalar müdafiə etmiş, elmi monoqrafiyalar yazmışlar bu tədqiqatların böyük əksəriyyəti sovet dönəmində aparılmışdır. Bu tədqiqatlar, ümumiyyətlə, Azərbaycanda Puşkinə rus ədəbiyyatının başqa böyük klassiklərinə münasibət ikili səciyyə daşıyır: rəsmi-inzibati münasibət təbii-estetik münasibət.

Rəsmi-inzibati münasibətdedikdə, mən hakim sovet ideologiyasının xalqlar arasındaböyük qardaşprinsipini, bu prinsipin təhrik etdiyi ifrat təbliğatı həmin təbliğatın süni nəticələrini nəzərdə tuturam. Misal üçün, 1937-ci il Azərbaycan mətbuatını vərəqləsəniz iki əsas mövzu ilə rastlaşacaqsınız: “xalq düşmənlərinin ifşası Aleksandr Sergeyeviç Puşkinin vəfatının 100 illik... yubileyinin bayram (!) edilməsi.

Vəfatın ildönümünün yubiley kimi təntənəli şəkildə keçirilməsi, Azərbaycan aşıqlarının Puşkinin şəninəAy Puşkin hey, Puşkin!..”- deyə zəif mənasız mahnılar qoşub oxuması, partiya rəhbərliyinin verdiyi komanda ilə şairlərimizin kütləvi şəkildə Puşkinə həsr olunmuş şeirlər yazması sürrealist, hətta fanatasmoqorik bir təəssürat yaradır, ancaq qanlı 37-ci il tuthatutu içində hakim ideologiya belə bir təəssüratın tamam fövqündə idi.

Yaxud 1938-ci ildə Azərbaycan hökumətinin (əslində rəsmi ideologiyanın) qərarı ilə Biləsuvar rayonuna Puşkinin adının verilməsi, Azərbaycanın bütün bölgələrində bu adı daşıyan saysız küçələrin, parkların, kitabxanaların, məktəblərin, uşaq bağçaların s. yaranması böyük şairin xatirəsi ilə bağlı dediyim həmin süni, qəlp nəticələrin bariz nümunələri idi.

Təbii-estetik münasibətisə oxucunun sənətə verdiyi qiymətin, poeziyaya məhəbbətin ehtiramın ifadəsi idi Puşkini Azərbaycan oxucusuna sevdirən məhz bu qiymət, bu məhəbbət, bu ehtiram idi. Məhz bu qiymətin məhəbbətin sayəsində Azərbaycanda yüksək bədii-estetik səviyyəli tərcümələr yarandı həmin tərcümələr şübhəsiz ki, bizim tərcümə ədəbiyyatımızın inkişafında ciddi rol oynadı. Yaxud da, misal üçün, Ağabacı Rzayevanın Puşkinin sözlərinə yazdığı ən gözəl romanslarımızdan biri olanOxuma gözəlromansı kimi əsərlər meydana çıxdı.

Qeyd edək ki, Puşkin hələ X1X əsrdə Azərbaycanda nəinki tanınırdı, onun sənəti şəxsiyyəti hətta Azərbaycan bədii ədəbiyyatının predmetinə çevrilmişdiyalnız elə M.F.Axundovun məşhur poemasını xatırlayaq.

Yaxud da başqa bir misal: 1880-ci ildə Moskvada Puşkinə heykəl ucaldıldı, müəllifi A.M.Opekuşin olan bu heykəlin ucaldılması Rusiya imperiyasının mədəni həyatında hadisəyə çevrildi (o heykəl bu gün Moskvanın simvollarından biridir) Moskvadan min kilometrlərlə uzaqda yerləşən Şamaxıda S.Ə.Şirvani bu hadisəyə həsr etdiyi şeirini yazdı. Heç kim Seyid Əzim kimi mötəbər bir sənətkarı məcbur etmirdi ki, Puşkinə şeir həsr etsin, busənətə verilən həmin qiymətin, poeziyaya həmin məhəbbət ehtiramın nəticəsi idi.

Yenə əlamətdar tarixi bir fakt: M.Sidqi 1899-cu ildə Puşkinin 100 illiyi münasibətilə məruzə yazdı həmin məruzə, əgər səhv etmirəmsə, bizim ədəbiyyatşünaslığımızda klassik rus ədəbiyyatının tədqiqi ilə bağlı ilk təcrübələrdən biri idi. Burasını da qeyd edim ki, həmin məruzə ayrıca kitab şəklində nəşr olunmuşdu.

1830-cu illərin birinci yarısında Varşava, Peterburq aristokrat salonlarının qəhrəmanı olan A.Bakıxanovun Puşkin ailəsi ilə isti münasibəti, həmin ailənin bu azərbaycanlı aristokratı necə yüksək qiymətləndirməsi barədə təsəvvür əldə etmək üçün Puşkinin anası Nadejda Osipovnanın yazdığı məktubları oxumaq kifayətdir. Puşkinin özü isə Fazil xan Şeydaya, yaxud rus ordusunun zabiti olan qarabağlı Fərhad bəyə şeirlər həsr etmişdi onun yalnız Azərbaycanla deyil, ümumiyyətlə, Qafqazla bağlılığı rus puşkinşünaslarının əsas tədqiqat mövzularından biridir.

F.B.Köçərli, R.B.Əfəndiyev, xüsusən Abbas Səhhət kimi qələm sahibləri hələ 100 il bundan əvvəl Puşkini tərcümə təbliğ edirdilər, sonrakı illərdə isə Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd Rahim, Osman Sarıvəlli, Mir Mehdi Seyidzadə, Tofiq Bayram, Mikayıl Rzaquluzadə, Qasım Qasımzadə, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Şəmsəddin Abbasov, Tələt Əyyubov, İsmayıl Soltan b. Puşkin poeziyasını demək olar ki, tam şəkildə tərcümə edərək, bizim oxuculara təqdim etmişlər. Mən bu yazıda Puşkinin nəsrini tərcümə edənləri xatırlamaq istəyirəm: “Kapitan qızıDubrovskini Ənvər Məmmədxanlı, “Mərhum İvan Petroviç Belkinin hekayələrini Adil Əfəndiyev, “Böyük Pyotrun zəncisini isə Mikayıl Rzaquluzadə dilimizə çevirmişlər.

Əlbəttə, bu tərcümələrin hamısı eyni səviyyədə deyil, onlar Puşkin yaradıcılığına məhrəm münasibətin, ehtiramın ifadəsi olsa da, hamısında Puşkin Puşkin deyil bu da təbiidir, çünki xüsusən poeziyanı tərcümə edərkən bədii-estetik itkilərə yol verməmək, müəllif məxsusiliyini olduğu kimi qoruyub saxlamaq olduqca mürəkkəb yaradıcılıq məsələsidir, halbuki poeziyanın estetik mündərəcatının ilkin dəyərlərindən biri, bəlkə ən başlıcası onun məxsusiliyindədir.

Digər tərəfdən isə, N.Qoqolun Puşkin haqqında dediyi sözləri xatırlayaq. O, Puşkinirus xalqının milli şairikimi müəyyənləşdirir yazırdı: “Puşkinin meydana çıxması fövqəladə bir hadisədir ola bilsin ki, rus ruhunun yeganə hadisəsidir... Rus təbiəti, rus qəlbi, rus dili, rus səciyyəsi onun simasında optik şüşənin qabarıq səthində apaydınca görünən bir mənzərə kimi, tam saflıqla, saf bir gözəlliklə təcəssüm etmişdir.”

Aydın məsələdir ki, bu dərəcədə milli bir şairi başqa bir dilə tərcümə etmək onun bütün estetik xüsusiyyətlərini qoruyub saxlamaq, dediyim kimi, çox çətin məsələdir, necə ki, misal üçün, Vaqifi, yaxud Sabiri başqa dillərə tərcümə etmək. Buna görə , elə bilirəm ki, böyük şairləriböyük şairlər isə həmişə millidir! – Tərcümə  edərkən orijinalın tam surətini əldə etmək uzun yaradıcılıq prosesi tələb edir elə buna görə mən bizim görkəmli şairimiz Eyvaz Borçalının Puşkinlə bağlı tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirirəm.

Eyvazın Puşkindən tərcümələrinin hamısı, hər halda böyük əksəriyyəti əvvəllər başqa şairlərimiz tərəfindən dilimizə çevrilib bu cəhət dediyim həmin uzun yaradıcılıq prosesinin yeni istedadlı ifadəsidir, eyni zamanda, Eyvazın timsalında sənətkar cəsarətinin göstəricisidir.

Baxın, Səməd VurğununYevgeni Onegintərcüməsi bizim tərcümə ədəbiyyatımızın ən məşhur nümunələrindən biri, bəlkə birincisidir. Azərbaycanda yəqin az oxucu tapılar ki, Səməd Vurğunun 1936- ildəYevgeni Onegini tərcümə edib bitirdikdən sonraBöyük şairin şərəfinəyazdığı:

Axıtdım alnımın inci tərini,

Yanmadım ömrümün iki ilinə.

Rusiya şerinin şah əsərini

Çevirdim Vaqifin şirin dilinə!

misralarından xəbərsiz olsun.

Bu kontekstdə Səməd Vurğunun ədəbiyyatda, ictimai fikirdəki böyük nüfuzunu da yada salsaq, ondan sonra yenidənYevgeni Oneginə müraciət etmək, bu böyük poemanı yenidən Azərbaycan dilinə çevirmək, şübhəsiz ki, sənətkar cəsarəti tələb edir. Sən gərək bu poemanı elə bir ilhamla, elə bir bədii səviyyədə tərcümə edəsən, deməsinlər ki, Səməd Vurğundan sonra Eyvaz Borçalı bunu üçün tərcümə edib.

deməliyəm ki, Eyvaz Borçalı bu çətin işin öhdəsindən layiqincə gəlib.

Səməd Vurğun bu işin pioneri olub, onun kimi şöhrətli bir sənətkar ömrünün həmin iki ilində bu tərcümənin əvəzində, bəlkə , özünün neçə-neçə orijinal poemasını, pyesini yaza bilərdi, ancaq Səməd Vurğun yalnız rus ədəbiyyatının deyil, dünya ədəbiyyatının şedevrlərindən hesab olunan bu poemanın – “Yevgeni Oneginin tərcüməsinə üstünlük verib ilk dəfə Azərbaycan oxucusunu bu poema ilə tanış edib.

Səməd Vurğun professional tərcüməçi deyildi ilham bəzən onu mətndən uzaqlaşdırırdı. Eyvaz isə eyni zamanda professional tərcüməçidir yeri gəldikdə ilham pərisini, bir az kobud da desəm, cilovlaya bilir, görünür, elə buna görə onun tərcüməsi orijinala daha yaxındır.

Burası da məlum məsələdir ki, “Yevgeni Oneginkimi bir poemanı ümumiyyətlə, Puşkin kimi bir şairi tərcümə etmək üçün həm istedadlı şair olmalısan. Mən az qala otuz il bundan əvvəl – 1984- ildə EyvazınDünya, məni tərkinə aladlı şeirlər kitabını oxuduqdan sonra, bu kitab haqqındaBorçalıdan gələn yollaradlı bir məqalə yazmışdım bu günlərdə həmin məqaləni tapıb oxudum. Orada belə bir fikir var: “Eyvazın poeziyası Azərbaycan dilini yaxşı bilən, bu dili sevən bu dilin zəngin poetik imkanlarından istifadə etmək istəyən bir şairin poeziyasıdır. Onun nəinki sözlərlə işləmək, hətta səslərlə işləmək istəyi bu zaman əldə etdiyi poetik uğurlar bu mənada bizə prinsipial, əhəmiyyətli görünür... Eyvazın obrazlar aləmində sözü duyan, hiss edən həmin duyğudan, hissdən yaranan estetik bir saflıq var”.

Mənim üçün xoş cəhətdir ki, bir şair kimi Eyvazın bu xüsusiyyətləri illər keçsə qocalıb zəifləməmiş, dəyişməz qalmışdır məhz bu xüsusiyyətlərYevgeni Oneginin , “Baxçasaray  fontanı”, “Qaraçılar”, “Tunc atlıkimi məşhur poemaların da, şeirlərin yeni  tərcümələrinin uğurunu müəyyənləşdirmişdir.

Tərcümənin qiyməti ondadır ki, oxuduğun cümlələrin, misraların məhz tərcümə olduğunu hiss etməyəsən sənin ustalığın da onda olmalıdır ki, həm tekstdən kənara çıxmayasan, həm təbii olasan:

Qoru məni, talismanım,

Qoru məni savaş günü,

Təqib, tövbə, təlaş günü;

Qoru məni ərməğanım.

Gurlayanda dörd bir yanım

Okeanda dalğalarla,

Şimşək çaxan bir rüzgarla,

Qoru məni talismanım...

Bu məşhur şeiri mən orijinalla tutuşdurdum. Puşkinin mətnidir? Bəli. Ancaq eyni zamanda, yəqin oxucu da mənimlə şərik olar ki, “tərcümə quruluğundanuzaq təbii misralardır.

Mən yuxarıda A.RzayevanınOxuma gözəlromansını xatırladım budur, həmin şeirin yeni tərcüməsi:

Oxuma yanımda, oxuma gözəl!

O qəmli Gürcüstan nəğmələrini;

Onlar yada salır, hər şeydən əzəl,

Ömrümün çox uzaq səhnələrini.

Neynim, oxuduğun həzin zümzümə

Elə kədərlidir, elə amansız,

Kövrək xəyalımı çəkir özünə

Aylı bir gecədə zavallı bir qız.

Təşnəsi olduğum o əziz xəyal

Yadımdan çıxsa da, səni görəndə

Səsin gələn kimi canlanıb dərhal

Yenə cilvələnir hey yan-yörəmdə.

Oxuma yanımda, oxuma, gözəl,

O qəmli Gürcüstan nəğmələrini.

Onlar yada salır, hər şeydən əzəl,

Ömrümün çox uzaq səhnələrini.

Teksttam Puşkin mətnidir. Eyni zamanda kədərin ifadəsində Puşkin zərifliyi, Puşkin təbiiliyi, Puşkin dilinin sadəliyi Azərbaycan oxucusuna çatdırılıb.

Mən bu şeirin yeni tərcüməsini oxuculara təqdim etdim, ancaq məsələ burasındadır ki, bu şeirin əvvəlki tərcümələrindən biri elə Eyvazın özünün qələmindən çıxıb mən bu faktı əlamətdar hesab edirəm.

PuşkininSeçilmiş əsərlərinin mənim kitabxanamdakı 1988-ci il nəşrindən Eyvazın həmin tərcüməsini oxucunun diqqətinə çatdırıram elə bilirəm ki, bu, oxucu üçün maraqlı olar:

Oxuma, ey gözəl, gəl, yet dadıma:

Dadlı Gürcüstanın o nəğmələri

Hardansa gətirib salır yadıma

Başqa bir həyatı, özgə bir yeri.

Əfsuslar olsun ki, bu sərt avazın

Nəşədir fikrimin qol-qanadına;

Aylı bir gecədə gördüyüm qızı

Axtarıb, gətirib salır yadıma.

Hər səni görəndə unuduram mən

O əziz xəyalı, acı həsrəti,

Sən nəğmə deyəndə gəlib yenidən

Gözlərim önündə durur qəfləti.

Oxuma, ey gözəl, gəl, yet dadıma:

Dərdli Gürcüstanın o nəğmələri

Hardansa gətirib salır yadıma

Başqa bir həyatı, özgə bir yeri.

Mən yazdım ki, Eyvaz Borçalının bu şeiri ikinci dəfə tamam başqa variantda tərcümə etməsini əlamətdar hesab edirəm. Ona görə ki, 25-30 ildən sonra yenidən eyni şeirə müraciət etmək faktı tərcüməçinin bir tərəfdən sənətkar məsuliyyətindən, axtarışlarından xəbər verirsə, digər tərəfdən onun uzun illər boyu öztərcümə obyektiilə birgə yaşadığını göstərir. Oxucunu bilmirəm, ancaq mənim ikinci variant daha artıq xoşuma gəlir.

Puşkin Qoqolun dediyi kimi, “milli şairidi, ancaq onun istedadı heç vəchlə milli sərhədlərə sığışmırdı, bu milli şair eyni dərəcədə bəşəri şair idi. Bununla bərabər, orası da var ki, bir şəxsiyyət vətəndaş kimi Puşkində velikorus şovinizmiünsürlərini müşahidə etmək mümkündür, baxmayaraq ki, bu istilah Puşkindən xeyli sonralarXX əsrin əvvəllərində yaranıb.

Puşkinin Qafqazı sevməsində qafqazlıları qiymətləndirməsində heç bir mübaliğə yoxdur, ancaq onun Qafqaza ümumiyyətlə, Şərqə münasibətində rus çarizm müstəmləkəçilik əhval-ruhiyyəsini hiss etmək mümkündür. İndi baxın:

Tək özüməm Qafqaz üstə, uçurum başında

Aşağıda qaraltdadır, dağlar dərində:

Bir qartal da havalanıb zirvə qaşından

Dövrə vurur, cövlan edir bərabərimdə:

Qar xarlayıb, sular sızır, artır, çaxnaşır

İlk uçqunlar ləngərlənib aşır, ağnaşır.

Aşağıda məzlum-məzlum üzür buludlar,

Şəlalələr yelləndikcə çırpılıb daşa,

Qayaların üstən aşıb gedir birbaşa...

Dediyim həmin əhval-ruhiyyə təhtəlşüur olaraq lirik qəhrəmanı Qafqazın üstünə qaldırıb, ancaq böyük istedad elə möhtəşəm bir Qafqaz mənzərəsi yaradıb ki, o lirik qəhrəman o möhtəşəm mənzərə içində əriyib gedir Eyvazın da poetik məharəti ondadır ki, həmin möhtəşəmliyi göstərə bilib.

Şərq mövzusu fakturası Puşkin istedadının təbiətinə doğma idi burada, bəlkə , genetik yaddaşın təhtəlşüur ifadəsi öz işini görüb, hər halda Puşkin istedadı Şərq mövzularını ekzotikadan bədii kolorit səviyyəsinə qaldırmağı bacarıb.

Bu mənada onun ən koloritli əsəri, məncə, “Baxçasaray fontanıpoemasıdır Eyvaz Borçalı o bədii koloriti öz tərcüməsində qoruyub saxlayıb. Poemanın elə ilk misraları oxucunu ələ alır, Xan sarayının ekzotik yox, qorxulu-hürkülü, təbii-koloritli əhval-ruhiyyəsini, hətta mən deyərdim ki, aurasını canlandırır:

Kəhrəba qəlyana dəm verib Gəray,

Zəhmli gözləri zillənib yerə;

Susub dövrəsində tülüngü saray,

Hazırdı tərpənib qulluq göstərə.

Buyuruq gözləsə hərə özünə,

Sükuta qərq olan sarayda indi

Heybətli Gərayın dalğın gözündə

Aydınca oxunan qəzəbdi, kindi...

Mən bu kiçik önsözü yazarkənBaxçasaray fontanı bir daha orijinalda oxudum Eyvazın tərcüməçi səriştəsi istedadı bu poemanın tərcüməsində özünü açıq-aşkar göstərir. Misal üçün, poemada kənizlərin oxuduğuTatar nəğməsivar bu nəğmənin poetik dili poemadakı nağılçının, yəni müəllifin dilindən fərqlidireyni təbiilikdir, ancaq nəğmə daha zərifdir, daha incə, daha həzindir.

İndi Eyvaz Borçalının tərcüməsinə diqqət edək.

BukənizlərinTatar nəğməsidir:

Hər dərdin, ələmin, ağlamağın da

Göylər əvəzini qaytarır axır;

Əcəb bəxtəvərdi ahıl çağında

Məkkəni ziyarət eyləyən fağır.

Əcəb bəxtəvərdir cavan çağında

Dunay sahilində şəhid olanlar.

Çıxar qabağına cənnət bağında

Bir xoş təbəssümlə huri-qılmanlar.

Ondan da bəxtəvər o kəsdir ancaq

Həyatdan zövq ala, bir ləzzət dada.

Zarema... O səni qızılgül sayaq

Bəsləyib oxşaya hərəmxanada.”

Bu isəhəmin nəğmədən sonra gələn müəllif mətnidir:

Kənizlər oxuyur. Amma bu saat

Hardadır Zaremaşux gürcü qızı?

Tərifi eşitmir, dərdlidir heyhat,

Hərəm yaraşığı, sevda ulduzu.

Elə bil, palmadı çıxıb tufandan,

Başını saxlayıb, büküb çiynini;

Gəray üz döndərib, soyuyub ondan

Heç oxşayıb açmır eynini.

Eyni nüansı bizYevgeni Onegindəki Tatyananın Oneginə yazdığı sevgi məktubunda da hiss edirik bu yerdə mən Puşkinin dünyagörüşü ilə bağlı maraqlı bir cəhəti xüsusi qeyd etmək istəyirəm. Tatyana yalnız Puşkin yaradıcılığında deyil, ümumiyyətlə, X1X əsr rus ədəbiyyatındakı sevimli qadın qəhrəmanlardan biridir, bu mənada onu, bəlkə , Nataşa Rostova ilə müqayisə etmək olar. Ancaq baxın, Puşkin öz qəhrəmanının məktubunu necə təqdim edir Eyvaz da bunu necə səlist tərcümə edib:

Hələ xəbərsizik bir çətinlikdən:

Elin şərəfini xilas edərək,

Bizim Tatyananın məktubunu mən

Doğma dilimizə çevirim gərək.

Aleksandr Sergeyeviç Puşkin üçünelin şərəfini xilas etməkməcburiyyətində qalıb, söhbət ki, məsum bir qızın ilk sevgi məktubundan gedir? Bu, məktubu doğma dilimizə çevirməksöhbətidir?

Məsələ burasındadır ki, Tatyana da X1X əsrin birinci yarısında rus kübar cəmiyyətinə mənsub başqa yaşıdları kimiruscanı pis bilib, ayıb sayıbdı...”

Öz doğma yurdunda, doğma elində

Çox çətin danışıb ana dilində,

Elə məktubu da yazıb firəngcə...

... etmək?..

Rusca anlatmayıb eşqini heç kəs,

Qadınlar yad dili sevib beləcə...

Öz ana dilimiz, məğrur dilimiz

Məktubda işlənmir, yatmır əlimiz.

    

Puşkin Tatyananın məktubunu guya fransız dilindən tərcümə edir.

Tanış situasiyadır, deyilmi?

Əsas mənim üçün çox qiymətli cəhət isə burasındadır ki, Puşkin öz poeziyasının qadirliyi ilə rus dilinin inkişafında, sevilməsində, o cümlədən rus kübar cəmiyyətinin tatyanaları tərəfindən sevilməsində misilsiz rol oynadı. Puşkindən sonra kübar cəmiyyətindəki həmyaşıdları çox güman ki, Tatyananın guya fransız dilində yazdığı həmin ilk sevgi məktubunu Puşkinintərcüməsindəəzbər söyləyirdi.

Eyvaz Borçalının isə bədii-estetik uğuru ondan ibarətdir ki, Aleksandr Sergeyeviç Puşkin poeziyasının qadirliyini Azərbaycan dilində bizə çatdırıb bunun əyani təcəssümü oxucunun qarşısındakı bu kitabdır.

13 oktyabr 2012.

Zuğulba.

 





19.11.2012    çap et  çap et