525.Az

Gürcüstanda hər şey yaxşı olacaq - Spiker


 

Gürcüstanda hər şey yaxşı olacaq - Spiker<b style="color:red"></b>

Gürcüstanda heç bir iğtişaş, xaos və gündəm dəyişikliyi olmayacaq.

525.az xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili etirazları şərh edərkən deyib.

Gürcüstanda hakimiyyətin ölkənin 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq qərarına cavab olaraq noyabrın 28-də etirazlar başlayıb. 

“Mən bütün əhalini və ilk növbədə “Gürcü Arzusu” partiyasının tərəfdarlarını, seçicilərimizi, 1 milyon 120 min insanı hər şeyin yaxşı olacağına təşviq etmək istəyirəm”, - Papuaşvili bildirib.

Onun sözlərinə görə, hakim partiya oktyabrın 26-da keçirilən parlament seçkilərində seçicilərin ona həvalə etdiyi mandatı böyük məsuliyyətlə daşıyır, qoruyur və dəyərləndirir.

"Bu etimad pozula bilməz. Gürcüstandakı hazırkı vəziyyət ölkədə baş verən proseslərin əks-sədasıdır və ölkəmiz bütün bunlardan mütləq sülhlə çıxacaq”, - spiker vurğulayıb.

Pərvanə Sultanova

 





09.12.2024    çap et  çap et