525.Az

Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur


 

Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur<b style="color:red"></b>

“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb.

Prezident qeyd edib ki, rəsmi Ankara Suriyada sabitliyin bərpasında maraqlıdır: “Türkiyə dünən olduğu kimi, bu gün də Suriya xalqının yanındadır. Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır. Dünəndən etibarən Suriyada qaranlıq dövr keçmişdə qalıb, aydınlıq dövr başlayıb”.

 





09.12.2024    çap et  çap et