525.Az

“Qərbi Ukraynadan olan mühacirlərə sığınacaq verilmir” - Politico


 

“Qərbi Ukraynadan olan mühacirlərə sığınacaq verilmir” - <b style="color:red"> Politico</b>

Bəzi ölkələr Qərbi Ukraynadan olan mühacirlərin cəbhə xəttindən uzaqda yaşadıqlarını əsas gətirərək onlara sığınacaq verməkdən imtina etməyə başlayıblar.

525.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Ümumdünya Ukraynalılar Konqresinin rəhbəri Pavel Qrod nəşrə açıqlamasında bu yanaşmanı tənqid edərək deyib ki, “Ukraynada təhlükəsiz zona yoxdur”.

Onun sözlərinə görə, bu, daha ​​ciddi qaçqın böhranına gətirib çıxara bilər.

Qrod həmçinin qeyd edib ki, Çexiya, Macarıstan və Norveçdə ukraynalılar üçün çoxsaylı çıxış və girişlər məhdudlaşdırılıb və bu, qaçqınların Ukraynada qalan qohumlarını ziyarət etməsinə mane olur.

İbrahim Cəfərov

 





10.12.2024    çap et  çap et