525.Az

Suriya hakimiyyəti yeni Konstitusiya hazırlayacaq


 

Suriya hakimiyyəti yeni Konstitusiya hazırlayacaq<b style="color:red"></b>

Suriyanın yeni hakimiyyəti ölkədə əhalinin siyahıya alınmasını, yeni Konstitusiya hazırlamağı və azad seçkilər keçirməyi planlaşdırır.

525.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Məqalənin müəllifi qeyd edir ki, müxalifət Suriyada “tarixi qələbə” əldə edib: “Lakin bu qələbənin kabusa çevrilməməsi üçün keçid dövründən sonra Suriyada inklüziv administrasiyanın hakimiyyətə gəlməsi lazımdır”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyada “yeni dövrün” başladığını bildirib. O, Suriyadakı müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşamasının Ankaranın maraqlarına cavab verdiyini vurğulayıb.

Qeyd edək ki, müxalifət artıq Məhəmməd əl-Bəşirə keçid mərhələsi üçün yeni Suriya hökumətini qurmağı tapşırıb.

İbrahim Cəfərov

 





10.12.2024    çap et  çap et