|
|
|
|
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 338 621 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
525.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 % azdır.
11 aylıq göstəricinin 58 812-si (17,4 %) ilkin, 279 809-u isə (82,6 %) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 57 225-i fərdi yaşayış və bağ evi, 78 347-i mənzil, 191 204-ü torpaq sahəsi, 3 114-ü qeyri-yaşayış binası, 7 940-ı qeyri-yaşayış sahəsi, 738-i əmlak kompleksi, 53-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 88 494-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 255 838 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,35 % azdır.
Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 8,9 % azalaraq 67 648 olub.