525.Az

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


 

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b> Bu axşam saat 22:00-da Bakının üç küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
 
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
Onun sözlərinə görə, qeyd edilən küçələrdə yolun hərəkət hissəsinin üfüqi nişanlanması (xətlənməsi) ilə əlaqədar M. Lermontov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində  nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
 
İşlər yaxın bir neçə saat ərzində başa çatdırılacaq.
 





18.11.2014    çap et  çap et