525.Az

Roma imperiyası dövrünə aid 2 milyonluq nadir sikkə 


 

Roma imperiyası dövrünə aid 2 milyonluq nadir sikkə <b style="color:red"></b>

Cenevrədə "Numismatica Genevensis" Hərrac Evində Roma imperiyası dövründə buraxılmış çox nadir sikkə 1,98 milyon avroya satılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sikkənin üzərində Roma imperatoru Yuli Sezarı qətlə yetirmiş Brutin şəkili döyülüb.

Sikkənin ilkin qiyməti 800 min avro olub. Yekunda adı açıqlanmayan kolleksiyaçı ona 2 milyona yaxın pul ödəyib.

Qeyd edək ki, Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirilib. Sikkənin isə bundan 1-2 sonra hazırlandığı məlumdur. 

Yeri gəlmişkən, bu qızıl puldan dövrümüzə cəmi 17-i gəlib çatıb.

L.Tağıyeva

 





10.12.2024    çap et  çap et