525.Az

Uşaqları necə müdafiə edirik?


 

Uşaqları necə müdafiə edirik?<b style="color:red"></b>

Azərbaycan Respublikası əmək əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi, Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə, Daxili İşlər Nazirliyinin şöbə rəisi Adıgözəl Adıgözəlov UNİCEF-in Uşaq müdafiə proqramının təmsilçisi Ramiz Behbudovdan ibarət nümayəndə heyəti UNİCEF-in Belarusun Minsk şəhərində keçirilən Regional Konfransında iştirak edib.
 
Bu barədə "525"ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. "Milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi, uşaqların baxımsızlığı, təhqir, zorakılıq istismardan müdafiəsi" mövzusunda keçirilən konfransa  Mərkəzi Avropa Asiyadan 22 region dövlətinin nümayəndə heyəti, milli insan hüquqları təsisatları, QHT müstəqil ekspertlər, UNİCEF təmsilçiləri qatılıb. Tədbirdə müxtəlif dövlətlərin nümayəndə heyətlərinin, müstəqil ekspertlərin uşaqlara qarşı etinasızlıq, istismar zorakılıq, onlardan sui-istifadədən qorunması məsələlərinə dair məruzələri, tanınmış ekspertlərin video müraciətləri dinlənilib. Habelə ölkələrdə milli uşaq müdafiə sistemlərinin inteqrasiyası, həyata keçirilən islahatlar, müsbət təcrübə qarşıda duran çətinliklərin həlli üzrə təqdimatlar edilib. Dövlətlərin sosial müdafiə, təhsil, səhiyyə ədliyyə siyasəti sahəsində dəstəklənən siyasət standartları, monitorinq nəzarət sistemlərinin yaradılması üzrə proqramları, yanaşma təşəbbüsləri, milli insan hüquqları təsisatlarının bu proseslərdə rolu tədbirin əsas müzakirə mövzularından olub.

Konfransın ilk plenar iclası Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası əmək əhalinin sosial müdafiəsi nazirinin müavini İ.İsayevin moderatorluğu ilə işə başlayıb. İclasda müxtəlif hökumət, beynəlxalq təşkilat, müstəqil ekspert QHT təmsilçilərinin mövzu üzrə təqdimatları ilə keçib.

Konfransda
Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.İsayev Azərbaycanda dövlət uşaq siyasətinin inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlar, hesabatlılıq, bu sahədə milli qanunvericilik sisteminin təkmilləşdirilməsi, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası istiqamətində görülən işlər barədə məruzəsi dinlənilib. İ.İsayev eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası çərçivəsində uşaqların maraqlarının effektiv maraqlarının əsas hədəflərdən olması Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun Xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın milli beynəlxalq səviyyədə  uşaq müdafiə sisteminə dəstəyi əldə olunmuş uğurlu nəticələr haqqında dolğun məlumatlar verib. Məruzə maraqla qarşılanıb iştirakçılar tərəfindən Azərbaycan Respublikasında bu sahədə olan uğurlu fəaliyyət müsbət ölkə təcrübəsi kimi yüksək dəyərləndirilib.

YUNİSEF-in dəstəyi Belarus hökumətinin təşkilatçılığı ilə keçirilən regional konfrans milli uşaq müdafiə sistemlərinin gücləndirilməsinə dair maraqlı təqdimatlar, qarşılıqlı diskussiya müzakirələrlə başa çatıb.

Səfər
çərçivəsində Azərbaycan nümayəndə heyəti YUNİSEF-in Mərkəzi Avropa Asiya üzrə Regional direktoru xanım Marie-Pierre Poirier, BMT-nin Uşaq Fondunun ekspertləri, müxtəlif dövlətlərdən olan milli insan hüquqları təsisatlarının nümayəndələri, o cümlədən Belarus hökumətinin rəsmiləri ilə görüşüb, müzakirələr aparıblar.

SAMİRƏ

 





18.11.2014    çap et  çap et