525.Az

Savadsızlıq inkişafımızın bəlasıdır


 

Savadsızlıq inkişafımızın bəlasıdır<b style="color:red"></b>

Elmi, biliyi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ziyalıları olmayan xalq məhvə məkumdur.Savadlı, uzaqgörən, qabiliyyətii insan yalnız öz ömrünü mənalandırmır, o, yüksək intellekti, insani-mənəvi keyfiyyətləri ilə həm cəmiyyəti yaşadır, ucaldır irəliyə aparır.

Ulu öndərimiz Heydər Əliyevin "Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır" sözləri xalqımızı uzun illər ziyalılığa, elmə, mədəniyyətə sahib olmaq, yiyələnmək üçün səfərbər etmiş bu arzuların, fikirlərin həyata keçirilməsi bu günkü inkişafımıza əsaslı zəmin yaratmışdır.

Bu təbiidir. Çünki elm, bilik sirli qarıların, yüksəlişin açarı olduğu halda savadsızlıq cahillikdir, nadanlıqdır, mənəvi yoxsulluqdur, sağalmaz bəladır.Dünyada baş verən bütün faciələr, müharibələr, qırğınlar, xəstəliklər məhz cahillikdən, cəhalətdən, mənəviyyatsızlıqdan qaynaqlanır.

Cəmiyyət insanı yetişdirdiyinə, yaşatdığına, tərbiyə etdiyinə görə mənalı olduğu kimi insan da cəmiyyətə verdiyi faydaya-öz ləyaqətinə, elminə, xeyirxahlığına, əməlinə görə qürur hissi keçirməlidir.Buna görə insan öz həyatı, gələcəyi, həm xalqının vətəninin tərəqqisi naminə daim savadlanmağa, oxumağa-öyrənməyə, dünyada baş verən hadisələri izləməyə, qiymətləndirməyə, yaxşını pisdən seçməyə borcludur.

Cəmiyyətin intellekt səviyyəsi ayrı-ayrı fərdlərin səviyyəsi ilə ölçüldüyünə görə hər bir kəsin elmli, dünyagörüşlü olması ölkənin taleyi inkişafı üçün əsasdır.Çünki məhz ağıllı, savadlı insanlar ən çətin anda vəziyyətdən çıxmağa, hadisələrin gedişini yaxşılığa, əmin-amanlığa, tərəqqiyə doğru istiqamətləndirməyə qadirdirlər.

Əgər Azərbaycan cəmiyyəti, ziyalılar, elm xadimləri 1993- ilin iyun ayında uzaqgörənlik edib ümummilli Liderimiz Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməsəydilər gələcəyi görən insanlar buna dəstək verməsəydilər biz bu gün cahillərin, vəzifəpərəstlərin girovuna çevrilib zülm altında inləyərdik.

Əgər Heydər Əliyev dərin elmi, aydın düşüncəsi, geniş dünyagörüşü ilə bu günkü inkişafımızın əsasını qoymasaydı Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətinə, xalqa, vətənə sonsuz sədaqət nümayiş etdirib öz yüksək intellekti, təşkilatçılığı, mənəvi kamilliyi sayəsində inkişafımıza dəstək verməsəydi mövcud uğurlarımızdan danışmaq mümkün deyildi.

Azərbaycan zəngin təbii ehtiyatlara maddi sərvətlərə malik, iqtisadi inkişafa nail olan bir ölkədir.Ancaq ölkəmizin ən böyük qiymətli sərvəti onun vətənpərvər, elmli, bilikli insanlarıdır.

Ölkə rəhbəri İlham Əliyev qazanılan yüksək iqtisadi göstəricilərdən, təbii sərvətlərimizin zənginliyindən söz açarkən  xalqımızın dövlətimizin gələcəyi üçün çox vacib olan bir məsələni  ön plana çəkərək deyir:"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyənləşdirir, ölkənin hərtərəfli inkişafına xidmət edir".

Bu bir həqiqətdir ki, Azərbaycan hazırda dünyanın sürətlə inkişaf edən, beynəlxalq aləmdə tanınan, söz sahibinə çevrilən, ictimai-siyasi sabitliyi, tolirantlığı ilə bir çox ölkələrə nümünə olan, müstəqil, balaslandırılmış siyasəti ilə qiymətləndirilən respublikalarından biridir.

Ölkə vətəndaşlarının həyat şəraiti normaldır. İşsizliyin, yoxsulluğun aradan qaldırılması, əhalinin güzaranının yaxşılaşdırılması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, dilimizin, mədəniyyətimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği  istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir keçirilir.

Əlbətdə bütün müvəffəqiyyətlər  Azərbaycan Respublikasının Prezidenti başda olmaqla fədakar, bilikli, vətənpərvər insanların zəhmətinin nəticəsidir. Ancaq bizim elmimiz, təhsilimiz, düşüncələrimiz bu günki sürətli inkişafımızla, dünyada baş verən elmi tərəqqi, digər xalqların mütaliəsi, bilik səviyyəsi, informasiyalara sahib olmaq onu düzgün istiqamətə yönəltmək qabiliyyəti ilə hərtərəfli ayaqlaşa bilirmi?

İntellektual səviyyəmizi artırmağın, sağlamlığımızın qorunması, insani münasibətlərimizin sağlamlaşdırılması, balalarımızın, gənclərimizin hərtərəfli formalaşdırılması qeydinə qalırıqmı bunun məsuliyyətini lazımınca qiymətləndiririkmi?

Təhsil həyatımızın mənası, müvəffəqiyyətlərimizin əsası, gələcəyimizin bünövrəsi, həm nöqsanlarımızın göstəricisidir. Çünki biz  elmə, savada sahib olmadan, oxuyub öyrənmədən düzgün öyrətmədən irəliyə gedə bilmərik.

Ulu öndərimiz Heydər Əliyev deyirdi:"Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi necə öyrətməyimizdən asılı olacaqdır". Bu fikirlər Azərbaycanın milli mənafeyinə hesablanıb nəinki bu günümüz, gələcəyimiz üçün təxirəsalınmaz vəzifə, müqəddəs borcdur.

İnkarolunmaz faktdır ki, bu gün Azərbaycan ailəsi məktəbi  cəmiyyətimiz üçün layiqli, hərtərəfli vətəndaş yetişdirmək sahəsində qarşıya qoyulan vəzifəni lazımınca yerinə yetirə bilmir. Hazırkı şəraitdə ailələrin maddi vəziyyəti, yaşayış səviyyəsi xeyli yaxşılaşsa da, Heydər Əliyev Fondunun" Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında respublikamızda çoxsaylı müasir tipli, hər bir avadanlıqla təchiz olunmuş məktəblər tikilib istifadəyə verilsə , ancaq ailə ilə məktəbin əlaqələri çox zəifdir, tədrisin keyfiyyəti aşağıdır, bilikli şagirdlərin sayı azdır.

Orta məktəbləri "əla" qiymətlərlə bitirib test imtahanlarından aşağı qiymətlər alan, yaxud imtahan verib qəbul olduqdan sonra ali məktəblərdə çox zəif oxuyan gənclərin nümunəsi göstərir ki, hər iki təhsil ocağında ciddi nöqsanlar mövcuddur.

Bu günkü test imtahanları məzunların ümumi dünyagörüşünü, bilik səviyyəsini tam əks etdirməsə , qəbul zamanı neqativ halların qarşısını almaq baxımından əhəmiyyətlidir. Test imtahan məzunun biliyini məhdud çərçivədə  müəyyən edirki, bu da gəncləri elmin dərinliklərinə yiyələnməkdən yayındırır, onlarda arxayınçılıq yaradır.

Orta məktəb məzunu Nizami Gəncəvini Azərbaycan şairi "Xəmsə" müəllifi kimi tanıyır, ancaq şairin yaradıcılıq xüsusiyyətləri, onun poemalarında əks olunan bəşəri ideyalar, mənəvi dəyərlər haqqında biliklərə malik deyil.Belə olan halda məzun şairi necə dəyərləndirə bilər?

Yaxud, ali məktəbləri bitirən gənclərin əksəriyyəti seçdiyi ixtisasa kafi səviyyədə yiyələnirsə bəzi ali təhsilli insanlar ərizə yazmaqda belə çətinlik çəkirsə buna ad vermək olar? Bu gün ali məktəblərdə yaxşı əla oxuyan tələbələrə rişxənd edən müəllim tələbələr az deyil. Pis oxuyanlar əlaçıları öz təsirləri altına sala bilirlər, çünki onlar çoxluq təşkil edirlər.

Ailədə məktəbdə düzgün istiqamətləndirilməyən, lazımi biliklərə əmək vərdişlərinə yiyələnməyən gənclərin ali məktəbləri müvəffəqiyyətlə bitirməsi seçdiyi ixtisasa mükəmməl sahib olması real görünmür. Bu gün ali məktəblərə əksər gənclər hərtərəfli təhsil almaq, elmin sirlərinə yiyələnmək üçün yox, diplom xatirinə gedib-gəlir. Təhsil almayan, əməyi qiymətləndirməyən gənclərin həyatda yanlış mövqe tutacaqları isə şübhəsizdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev  çıxışlarının birində təəssüflə qeyd edir:" Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir".

Söylənilənlər həqiqətdir həm düşündürən, ürək ağrıdan haldır. Bəs bu hallara imkan yaradan kim nədir?

Yenə ailə məktəb.Savadsızlıq, dünyagörüşünə malik olmamaq bunların nəticəsində cahillik.

Savadsız meşşan təbiətli ailədə əməksevər, təvazökar, bilikli övlad böyütmək çox çətindir.

Bu gün əyri yollarla var-dövlətə sahib olan, vəzifə tutan, övladlarını pul gücünə oxutduran, 15-16 yaşlı uşaqlarına bahalı maşınlar alan, təmtəraqlı villalar tikdirən, hər ay övladlarını xarici ölkələrə gəzməyə, yeyib-içməyə göndərən, ailə üzvləri ilə öz dilində deyil əcnəbi dildə danışan, özgələrin adət-ənənəsini, dilini, tarixini, bağ-bağçasını, yeməyini tərifləyib özününkünə dodaq büzən atadan-anadan əməksevər, savadlı, vətənpərvər, gələcəyimiz üçün layiqli insan tərbiyə etməyi gözləmək yersizdir.

Övladını məktəbdən yayındırıb alverə sövq edən əyri yollarla ona ali məktəb diplomu alan, sonra həmin savadsıza vəzifə qazandıran atanın övladı valideynindən irəli gedə bilməz həyatda sözsüz ki, onun yolunu tutacaqdır.

Əmək tərbiyəsi düzgün qurulmayan, müəllimi savadlı, əməksevər olmayan məktəbdən əməksevər gənc tərbiyələndirməyi tələb etmək özümüzü aldatmaqdır.

Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərimizdə şagirdlərə əmək vərdişlərinin aşılanması, praktiki olaraq əməyin insan həyatında, cəmiyyətin inkişafında oynadığı rolun təbliğ edilməsi yarıtmaz vəziyyətdədir. Əvvəllər orta məktəblərdə tədris edilən əmək təlimi dərslərinin saatları indi tamamilə azaldılıb yuxarı siniflərdə  bu fənn  tədris edilmir. Ölkənin əksər məktəbində təlim emalatxanalar yoxdur, şagirdlərə əmək vərdişləri yalnız nəzəriyyə şəklində aşılanır.

Sual olunur, iynəsiz, sapsız paltar tikmək olarmı? Ya şüşə, qayçı olmadan pənsərə şüşəsini salmağı necə öyrətmək olar? Lazımi ərzaq olmadan yemək bişirməyi öyrətmək mümkündürmü?

Əyani vəsait, nümunə olmadan aşılanan əmək vərdişlərinin xeyrindən çox ziyanı var, bu məktəbliləri aldatmaqdır, onlarda əməyə məhəbbət yox, əksinə ikrah hissi oyatmaqdır.

Əvvəllər məktəblərimizdə təlim emalatxanaları, fənn kabinələri , əmək vərdişlərini aşılayan dərnəklər, hətta təmir-istehsalat birlikləri fəaliyyət göstərər şagirdlər burada əmək vərdişlərinə yiyələnər-paltar tikməyi, yeməklər hazırlamağı, bağ salmağı, ağac, gül əkməyi, meyvə yetişdirməyi, ev heyvanlarına qulluq etməyi, şüşə salmağı, döşəmə vurmağı, hətta kənd təsərrüfatı maşınlarını idarə etməyi belə öyrənərdilər

Çox təəssüflər olsun ki, indi bunların əksəriyyəti yoxdur məktəb əmək vərdişləri aşılamaq funksiyasını yalnız sözlə yerinə yetirir.

Məktəblə bərabər ailədə uşaqlara əmək vərdişlərinin öyrədilməsi, onlarda zəhmətə qatlaşmaq hissinin tərbiyə edilməsi ürək açan deyil. Əksər valideynlər övladlarına adi bir çöpü  yerdən qaldırmağı belə rəva görmürlər. Əvvəllər ev işlərində, təsərrüfatın idarə olunmasında, həyətyanı sahələrin əkib-becərilməsində, mal-qara saxlanılmasında valideynlərin yaxın köməkçiləri sayılan övladlar indi bu qayğılardan kənardadılar.

Onların əmək vərdişlərinin yerini bayağı teleseriallar, internet yazışmaları, mənasız, boş-boşuna gəzintilər, eybəcər diskotekalar, havayı pullar xərcləmək, lovğa hərəkətlər, əhəmiyyətsiz tədbirlər, süni əyləncələr əvəz edir.

Əgər biz  uşaqlara ilk gündən əməyi sevmək, zəhmətə qatlaşmaq hissi aşılaya bilmiriksə onun gələcək taleyinə balta çalırıq. Çünki əməyi sevmədən, zəhmət çəkmədən, əziyyətə qatlaşmadan, çalışmadan heç nəyə-elmə, biliyə, geniş dünyagörüşünə, insanlığa sahib olmaq mümkün deyil.

Tərbiyə, əməyə, zəhmətə, bilik öyrənməyə münasibət hissinin ailədə məktəbdə zəif aşılanmasının nəticəsidir ki, bu gün hazırlıqlı kadrlara ehtiyac duyulur. Bir çox gənclər ali məktəbləri  diplom əldə etmək üçün bitirir, onlar dövrün-zamanın reallıqlarını lazımınca qiymətləndirmir, yanlış informasiyalara, yad meyllərə uyur, müasir texnologiyaların imkanlarından səmərəsiz istifadə edir, əməyə xor baxır, zəhmət çəkmədən, çalışmadan var-dövlətə sahib olmaq, hamıdan yaxşı yaşamaq istəyir, milli-mənəvi dəyərlərimizə arxa çevirib radikal dini meyllərə həvəs göstərir, xurafata meyllənir, mütiliyi, acizliyi, boş-boşuna ibadəti, sitayişi özünə bir mənəvi borc  hesab edir ki, bu da yolverilməzdir inkişafımız üçün ciddi problemlər yaradan hallardır.

Ailədə məktəbdə uşaqların, gənclərin psixoloji durumunun öyrənilməsi, araşdırılması, ixtisaslı psixoloq kadrlarının hazırlanması yerləşdirilməsi yarıtmaz vəziyyətdədir. Son ildə onlarla məktəblinin intihar etməsi, evdən qaçması, oğurluğa, narkomanlığa, digər əyri yollara qurşanması,  bacının bacını, oğulun ananı, qardaşın qardaşı xüsusi amansızlıqla qətlə yetirməsi  gənclər tərəfindən belə halların baş verməsi ciddi psixoloji araşdırmalar, sosioloji təhlillər aparılmasını zərurətə çevirir.

Cəmiyyətdə savadsızlıqdan, tənbəllikdən, cahillikdən yaranan bütün nöqsanları, bəlaları yalnız ailənin məktəbin adına yazmaq ədalətsizlik olardı. Çatışmamazlıqlar bir neçə nəfərin hansısa müvafiq bir nazirliyin nöqsanı, işinə yarıtmaz münasibətin nəticəsi deyil, bütövlükdə hər bir Azərbaycan vətəndaşının ağrı-acısı, dərdi, bəlasıdır.

Hər bir vətəndaş, ailə özünə məktəbə, təhsilə münasibətini köklü şəkildə dəyişdirməsə, orta ali məktəblərimiz, tədris bazalarımız biliksiz mütəxəssislər yetişdirmək müəssisəsinə, alver məkanına çevrilməkdə davam etdirilsə qara günlərimizi ağlamağa, zaman-zaman əziyyət çəkməyə, geri getməyə, yaxşını yox pisi qiymətləndirməyə, düzü deyil əyrini seçməyə, aqilin yanından keçib nadanla oturmağa, vətəndən, torpaqdan öncə varı-dövləti dəyərləndirməyə, özgəsinin dediyi ilə durub-oturub onu sevməyə, tərifləməyə, bir sözlə millət kimi özümüzü inkar etməyə məhkumuq.

Bütün bunların baş verməməsi üçün nöqsanlarımızı, çətinliklərimizi görməliyik, bəlalarımızı aradan qaldırmalıyıq, xalqımızın vətənimizin inkişafı, xoşbəxt günlərimiz naminə bizə aydın yollar göstərən, məsləhətlər verən ağsaqqallarımızın, böyüklərimizin, ziyalı insanların çağırışlarına səs verməliyik, dəyərli fikirləri dəstəkləməliyik, Bu bizim vətəndaşlıq borcumuzdur. Xoşbəxt gələcəyimiz üçün biz öz vəzifəmizi layiqincə yerinə yetirməliyik.

 





18.11.2014    çap et  çap et