525.Az

Tələbə təcrübə qazanmaq üçün adam öldürdü


 

Tələbə təcrübə qazanmaq üçün adam öldürdü<b style="color:red"></b>

Böyük Britaniyada Qrinviç Universitetinin kriminalistika üzrə təhsil alan tələbəsi sırf təcrübə məqsədilə bir nəfəri öldürüb, digərini yaralayıb.

525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı Nasem Saadi Bornmut çimərliklərinin birində bıçaqla silahlanaraq 2 qadına hücum edib. Nəticədə 34 yaşlı Emi Qrey həyatını itirib, 38 yaşlı Linn Maylz isə ağır yaralanıb.

Hadisədən sonra dərhal həbs edilən tələbənin bunu qətl zamanı qatillərin hansı hissləri keçirdiyini bilmək üçün etdiyi bildirilir.

Qeyd edək ki, Nasem Saadi ilkin ifadəsində cinayəti  törətdiyini etiraf etməyib.

L.Tağıyeva

 





11.12.2024    çap et  çap et