525.Az

Tramp oğlunun keçmiş arvadını səfir təyin etdi


 

Tramp oğlunun keçmiş arvadını səfir təyin etdi<b style="color:red"></b>

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp böyük oğlunun keçmiş həyat yoldaşı Kimberli Qilfoylu Yunanıstana səfir təyin edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp 55 yaşlı keçmiş gəlinini ailəsinin yaxın və etibarlı dostu adlandıraraq onun Yunanıstan səfiri üçün ideal olduğunu bildirib.

"Qilfoyl Yunanıstanla hərb sahəsindən tutmuş iqtisadi əlaqələrin daha da yaxşılaşdırılmasına kimi bütün sahələrin inkişafı üçün ideal şəxsdir" - deyə, ABŞ prezidenti sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, kiçik Donald Trampla Kimberli Qilfoyl bir müddət əvvəl ayrılıblar.

L.Tağıyeva

 





11.12.2024    çap et  çap et