525.Az

Putinlə Orban Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


 

Putinlə Orban Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

525.az “Report” a istinadən xəbər verir ki, söhbət M.Orbanın təşəbbüsü ilə baş tutub.

Macarıstanın Baş naziri bir sıra Qərb liderləri ilə əlaqələrini nəzərə alaraq böhranın siyasi-diplomatik həlli yollarının birgə axtarışına kömək etməkdə maraqlı olduğunu bildirib.

Rusiya Prezidenti isə vəziyyətin inkişafı ilə bağlı qiymətləndirməni açıqlayıb və qeyd edib ki, Kiyev tərəfinin mövqeyi hələ də sülh yolu ilə nizamlanma imkanlarını istisna edir.

Tərəflər həmçinin Suriyadakı son hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 





11.12.2024    çap et  çap et