525.Az

Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə ediblər


 

Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makron hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Onlar Gürcüstandakı cari vəziyyəti müzakirə ediblər.

Makron ölkədəki vəziyyətin sabitləşməsi üçün dəstək göstərməyə hazır olduğunu bildirib.

Telefon danışığı təxminən bir saat davam edib. Tərəflər bir neçə gündən sonra yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.

 





11.12.2024    çap et  çap et