525.Az

Rusiyanın ən gözəl keçisi


 

Rusiyanın ən gözəl keçisi<b style="color:red"></b>

Rusiyada maraqlı gözəllik yarışması keçirilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu dəfəki yarışma keçilər arasında təşkil edilib və "Darinka" ləqəbli dişi keçi "Rusiya gözəli" seçilib.

Yarışın final mərhələsinə Rusiyanın 6 bölgəsini təmsil edən 7 dişi və 1 erkək keçi vəsiqə qazanıb. 

Burada ümumxalq səsverməsi nəticəsində ən çox səsi məhz "Darinka" qazanıb.

Qeyd edək ki, "Rusiya gözəli" Moskva vilayətində yerləşən  "Bılinkino" ekofermasınım sakinidir.

L.Tağıyeva

 





11.12.2024    çap et  çap et