|
|
|
|
Ötən gün axşam saatlarında Ağdaşın Qoşavovaq kəndinin ərazisində kanalda batan 14 yaşlı Vüqar Zakirlinin meyiti sudan çıxarılıb.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeniyetmənin kənd ərazisindən keçən Şirvan kanalında əlini yumaq istəyərkən suya yıxılaraq boğulduğu ehtimal olunur.
Hadisədən sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.