Çin Xalq Respublikası (ÇXR) ABŞ-ın yeni administrasiyasının ticarət və iqtisadi komandası ilə təmaslara və qarşılıqlı fəaliyyətə açıqdır.
525.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin açıqlamasında vurğulanıb.
Açıqlamada deyilir ki, Çin tərəfi ikitərəfli kommunikasiya və mübadilə mexanizmi vasitəsilə ABŞ Ticarət Nazirliyi ilə sıx əlaqəni dəstəkləyir: “Çin birtərəfli əlavə tariflərin tətbiqinə qarşı olmaqla yanaşı, ABŞ ilə dialoqu və koordinasiyanı gücləndirməyə, fikir ayrılıqlarını düzgün həll etməyə və qarşılıqlı hörmət, qarşılıqlı fayda, dinc yanaşı yaşama prinsiplərinə əsaslanan ikitərəfli iqtisadi və ticarət əlaqələrinin davamlı və uzunmüddətli inkişafını təmin etməyə hazırdır”.
Pərvanə Sultanova