|
|
|
|
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin Sədri Si Cinpini gələn ilin yanvarında keçiriləcək andiçmə mərasiminə dəvət edib.
525.az xəbər verir ki, xarici media Donald Trampın seçiləndən az sonra Si Cinpini dəvət etdiyini, lakin Çin liderinin dəvəti qəbul edib-etmədiyinin bəlli olmadığını yazıb. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü mövzunu şərh etməyib.
Si Cinpinlə yanaşı yeni seçilmiş prezidentin komandası yanvarın 20-də Kapitolidə digər dünya liderlərini qəbul etməyi düşünür. Trampın keçid komandasının sözçüsü Karolin Livitt, "Dünya liderləri prezident Trampla görüşmək üçün sıraya düzülürlər, çünki onun tezliklə hakimiyyətə qayıdacağına və Amerika gücü ilə sülhü bərpa edəcəyinə əmindirlər" deyib.
Trampın özü Çin mallarına rüsumları qaldıracağı ilə hədələyir. ABŞ Çinin ByteDance şirkətinə proqram satması üçün yanvarın 19-da son tarix qoyub, əks halda ölkədə qadağa ilə qarşılaşacaq.
Bununla belə, Tramp uzun müddətdir ki, liderlər arasında möhkəm münasibətlərin beynəlxalq sövdələşmələrə imza atmaq üçün əsas olduğuna inanır. Seçkilərdən sonra dünya liderləri Kanadanın baş naziri Castin Trüdo da daxil olmaqla Trampla görüşmək üçün Mar-a-Laqoya gəlməyə başlayıblar.
Pərvanə Sultanova