525.Az

Avropa Liqası ilə vidalaşacaqlar


 

Avropa Liqası ilə vidalaşacaqlar<b style="color:red"></b>

Avropa Liqasında pley-offa adlamaq şansını itirən ilk klub bəlli olub.

QOL.az xəbər verir ki, bu, "Dinamo"dur (Kiyev, Ukrayna).

Komanda ötən gecə Liqa mərhələsinin 6-cı turunda "Real Sosyedad"a uduzub. Geridə qalan 6 oyun ərzində Kiyev təmsilçisi 1 xal belə qazana bilməyib.

Ukrayna klubu bütün matçları məğlub başa vurub.

"Dinamo" hazırda sıralamada sonuncu - 36-cı yerdədir. Beləliklə, komanda artıq pley-off şansını əldən verib.

 





13.12.2024    çap et  çap et