525.Az

Türkiyənin XİN başçısı Suriyanı müzakirə etmək üçün İordaniyaya səfər edəcək


 

Türkiyənin XİN başçısı Suriyanı müzakirə etmək üçün İordaniyaya səfər edəcək<b style="color:red"></b>

Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edəcək.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Cənab nazir 14 dekabr 2024-cü il tarixində İordaniyanın ev sahibliyi ilə təşkil ediləcək Suriya mövzulu iclasda iştirak edəcək”, – mətbuat xidmətinin dərc etdiyi press-relizdə qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyənin XİN başçısı amerikalı həmkarı Antoni Blinkenlə Suriyadakı vəziyyəti müzakirə etmişdi.

 





13.12.2024    çap et  çap et