525.Az

Husilər ABŞ-nin 5 gəmisini hədəf alıb


 

Husilər ABŞ-nin 5 gəmisini hədəf alıb<b style="color:red"></b>

Yəməndəki husilər ABŞ-nin 5 gəmisinin hədəf alındığını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin verdiyi açıqlamada, Cibuti limanından çıxan ABŞ-nin 2 esminesi və 3 təchizat gəmisinin Ədən körfəzində hücuma məruz qaldığı bildirilib.

İsrailin Yaffa və Askalan şəhərlərindəki iki hərbi məntəqənin də hədəfə alındığı vurğulayıb.

Sözügedən əməliyyatın pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi qeyd edilib.

Qeyd edək ki, hücumların nəticələri barədə məlumat verilməyib.

Malik Atilay 

 





11.12.2024    çap et  çap et