525.Az

Azərbaycan – Avropa Birliyi əməkdaşlıq komitəsinin növbəti iclası keçiriləcək


 

Azərbaycan – Avropa Birliyi əməkdaşlıq komitəsinin növbəti iclası keçiriləcək<b style="color:red"></b>

Noyabrın 22-23-də Brüsseldə Azərbaycan – Avropa Birliyi əməkdaşlıq komitəsinin 13-cü iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda AB-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri, assosiativ saziş, viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi üzrə danışıqların gedişi, viza rejiminin sadələşdirilməsi və readmissiya, ölkədə həyata keçirilən islahatlar, regionda situasiya müzakirə olunacaq.
 
İclasa qatılacaq Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək.
 
Qeyd edək ki, Azərbaycan – Avropa Birliyi əməkdaşlıq komitəsinin iclası Azərbaycanla AB arasında siyasi dialoq çərçivəsində keçirilir. Bu iclaslarda əməkdaşlığın bütün mühüm məsələləri müzakirə olunur.

 





19.11.2012    çap et  çap et