525.Az

ABŞ-də kiçik mühərrikli təyyarə avtomobil yoluna endi, qəza törətdi


 

ABŞ-də kiçik mühərrikli təyyarə avtomobil yoluna endi, qəza törətdi<b style="color:red"></b>

Texasda kiçik mühərrikli təyyarə avtomobil yoluna eniş edib.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.

Nəticədə hərəkətdə olan 4 avtomobillə toqquşan təyyarə ikiyə bölünüb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Həyati təhlükə olmasa da, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, təyyarədə pilot tək olub. Onun yoxlanışı davam edir. Eyni zamanda, təyyarəni hansı səbəbdən avtomobil yoluna endirməsi araşdırılır.

L.Tağıyeva

 





12.12.2024    çap et  çap et