"Tesla", "SpaceX" və "X" kimi şirkətlərin sahibi İlon Maskın sərvəti 400 milyard dolları keçib.
525.az xarici KİV-ə istinadən bildirir ki, Maskın sərvətindəki artım, "SpaceX"in dəyərinin artması ilə "Tesla" səhmlərinin rekord səviyyəyə qalxmasından sonra baş verib.
Forbes jurnalının Real Time Milyarderlər Siyahısına görə, Maskın sərvəti 430,9 milyard dollar olaraq qeyd edilib.
Beləliklə, dünyanın ən varlı adamı olan Mask ümumi sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.
Qeyd edək ki, milyarderlər siyahısında Maskı 243,7 milyard dollar sərvətlə Amazon-un qurucusu Ceff Bezos və 220,9 milyard dollar sərvətlə "Oracle"ın qurucusu Larri Ellison izləyib.
Malik Atilay
çap et