525.Az

Heyvanların diri-diri bişirilməsinə qarşı çıxdılar


 

Heyvanların diri-diri bişirilməsinə qarşı çıxdılar<b style="color:red"></b>

Niderland parlamentinin aşağı palatası ölkə ərazisində xərçəng və yengəclərin diri-diri bişirilməsinə qarşı çıxıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün deputatlar hökümət qarşısında məsələ qaldırıblar.

3 deputatdan başqa parlamentarilərin hamısı qətnamənin lehinə səs veriblər. Onlar xərçəng və digər onurğasızların diri-diri bişirilməsini qəddarlıq hesab ediblər.

Məlumdur ki, Niderland restoranlarında bu dəniz heyvanlarının bu cür bişirilməsi dəbdədir. Daha əvvəl də bu tip qətnamə qəbul olunmasına baxmayaraq, kənd təsərrüfatı nazirliyi restoran sahiblərinə yalnız heyvanları bişirməmişdən əvvəl öldürməyi tövsiyə etməklə kifayətlənmişdi.

Qeyd edək ki, alimlər sübut edib ki, heyvanlar diri-diri bişirilərkən çox əziyyət çəkir. İsveçrə, Yeni Zelandiya və bir sıra başqa dövlətlərdə xərçəngkimilərin diri-diri bişirilməsi qanunla qadağan edilib.

L.Tağıyeva

 





13.12.2024    çap et  çap et