Niger höküməti Böyük Britaniyanın BBC telekanalının ölkə ərazisində yayımlanmasını 3 aylıq dayandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi kanalın ölkə haqqında yaydığı xəbər və süjetlərdə dezinformasiyanın yer almasıdır.
"Bu cür xəbərlər ölkədə əhali arasında çaşqınlıq yaratmaqla yanaşı hərbi qulluqçuların ruh düşkünlüyünə də səbəb olur" - deyə, açıqlamada bildirilir.
Qeyd edək ki, Niger höküməti bundan əvvəl Fransanın "France 24" və RFI kanallarının yayımına da yasaq qoyub.
L.Tağıyeva