525.Az

Dünyanın ən kiçik şəhərləri


 

Dünyanın ən kiçik şəhərləri<b style="color:red"></b> Dünyanın ən kiçik şəhərlərinin siyahısı açıqlanıb.

525.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə,  siyahıda birinci yeri ABŞ-ın Buford şəhərciyi tutub. Burada cəmi bir nəfər yaşayır. O, eyni vaxtda şəhərin meri vəzifələrini icra edir.
 
Əhalisi 17 nəfərdən ibarət olan Xorvatiyanın Xum şəhəri ikinci yerdə, əhalisi 20 nəfər olan Çexiyanın Rabşteyn şəhəri üçüncü yerdədir. Dördüncü yerdə isə Bolqarıstanın Melnik şəhəri qərarlaşıb. Bu şəhərdə nisbətən çox adam - 390 nəfər yaşayır.
 
Reytinqdə beşinci yeri Rusiyanın Çekalin şəhəri tutur. Siyahıyaalmaya görə burada 992 nəfər yaşayır, halbuki uzaq 1956-ci ildə bu şəhərdə 2008 nəfər yaşayıb.
 
 





19.11.2014    çap et  çap et