Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
525.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1000 m² olan dəmir konstruksiyalardan ibarət təkrar polietilen paket emalı sexində 30 m² sahədə paket yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.