525.Az

Polşa rusiyalı milyarderi sanksiyalar siyahısına salıb


 

Polşa rusiyalı milyarderi sanksiyalar siyahısına salıb<b style="color:red"></b>

Polşa rusiyalı iş adamı, “Finstar Financial Group” investisiya qrupunun müşahidə şurasının sədri Oleq Boykonu sanksiyalar siyahısına əlavə edib.

525.az “Report” a istinadən xəbər verir ki, Polşanın daxili işlər naziri Tomaş Siemonyak dekabrın 12-də Boykonun sanksiya siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, onun Polşaya girişi qadağan edilib, ölkədəki aktivləri isə dondurulacaq.

O. Boyko hazırda Ukrayna və Avstraliyanın “Qara siyahı”sındadır. 2023-cü ilin noyabrında Kanada hakimiyyəti iş adamına qarşı sanksiyaları ləğv edib. “Forbes”in məlumatına görə, Boykonun sərvəti 1,2 milyard dollar qiymətləndirilir.

 





15.12.2024    çap et  çap et