525.Az

"Neftçi" "Kəpəz"ə qalib gəldi


 

"Neftçi" "Kəpəz"ə qalib gəldi<b style="color:red"></b>

Misli Premyer Liqasında 17-ci tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Zirə" "Turan Tovuz"u qəbul edəcək. Görüş qolsuz heç-heçə ilə bitib.

Günün 2-ci oyununda isə "Neftçi" "Kəpəz"lə qarşılaşıb. Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib. 

Beləliklə, "Neftçi" bu qələbədən sonra turnir cədvəlində 16 xalla 7-ci yerə yüksəlib. "Kəpəz" isə 10 xalla 9-cu yerdədir. 

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

15 dekabr (bazar)

18:30. “Neftçi” –“ Kəpəz” - 2:1

Qol: Yeqor Boqomolski, 4 (1:0), Filip Ozobiç, 22 (2:0), Orxan Əliyev, 78 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov

"Neftçi Arena"

16:00. “Zirə” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli

Zirə İdman Kompleksinin stadionu 

16 dekabr (bazar ertəsi)
 
19:00. “Qarabağ”– “Sumqayıt” 

14 dekabr (şənbə)

“Şamaxı” - “Səbail” - 0:0

“Araz-Naxçıvan” - “Sabah” - 0:1 

N    Klublar    O    Q    H    M    T-F    X
1    Araz-Naxçıvan    17    12    3    2    21-11    39
2    Qarabağ    15    12    2    1    39-7    38
3    Turan Tovuz    17    8    7    2    23-14    31
4    Zirə    17    8    3    6    27-16    27
5    Sabah    17    6    8    3    26-21    26
6    Sumqayıt    16    6    1    9    15-21    19
7    Neftçi    17    3    7    7    15-26    16
8    Şamaxı    16    3    5    8    13-21    14
9    Kəpəz    17    3    1    13    12-41    10
10    Səbail    17    2    3    12    16-29    9
 

Bombardirlər:

Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 7 qol

 





15.12.2024    çap et  çap et