525.Az

Orta Dəhlizlə yük daşımalarının həcmi 63 % artıb


 

Orta Dəhlizlə yük daşımalarının həcmi 63 % artıb<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb.

525.az-a bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

O cümlədən, 11 ay ərzində Orta Dəhlizlə konteyner daşımaları 1 il əvvələ nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.

"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu davamlı artım göstərməyə davam edir. Bu da buraxılış qabiliyyətinin ildə 6 milyon tona qədər, o cümlədən 100 min TEU konteyner daşımalarına qədər artması ilə təsdiqlənir. Ötürücülük qabiliyyətinin artırılmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş infrastrukturun modernləşdirilməsinə xüsusi diqqət yetirilir", - məlumatda qeyd olunub.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

 





17.12.2024    çap et  çap et