525.Az

Müəllimlər üçün təlimlər keçiriləcək


 

Müəllimlər üçün təlimlər keçiriləcək<b style="color:red"></b> Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirləri uğurla davam etdirir.

Bu barədə 525.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2013-2014-cü tədris ilində V və VI sinif şagirdlərinə dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında həyata keçiriləcək təlimlər yeni fənn kurikulumlarının tətbiqi sahəsində müəllimlərin nəzəri və praktik hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir.

Nazirlikdən bildirilib ki, ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanaraq təsdiq edilib. Artıq orta məktəblərin I-V siniflərində yeni fənn kurikulumlarının tətbiqi uğurla həyata keçirilməkdədir.

S.QARAYEVA
 





19.11.2012    çap et  çap et