525.Az

Vanuatuda güclü zəlzələ


 

Vanuatuda güclü zəlzələ <b style="color:red"></b>

Bu gün Bakı vaxtı ilə 04:47-də Vanuatu ada-dövlətinin sahillərində, Mərcan dənizində 7,3 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri paytaxt Port-Viladan 38 km qərbdə, ocağı isə 50,1 km dərinlikdə  yerləşib.

Port-Vila və ətraf yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Dağıntıların olduğu dəqiqdir, insan tələfatı barədə isə məlumat yoxdur.

Yeri gəlmişkən, zəlzələdən sonra ABŞ-nin Vanuatudakı səfirliyi fəaliyyətini dayandırmalı olub. Buna səbəb səfirlik binasının ciddi zədə almasıdır.

L.Tağıyeva

 





16.12.2024    çap et  çap et