525.Az

100 illik maraqlı ənənə


 

100 illik maraqlı ənənə<b style="color:red"></b>

ABŞ-də restoranların birində 100 illik maraqlı ənənə hökm sürür.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Memfis şəhərində yerləşən "Dyer's Burgers"də artıq 1 əsrdən çoxdur ki, burgerlər üçün kotletlər eyni yağda qızardılır.

Əsası 1912-ci ildə Elmir Dayer tərəfindən qoyulmuş "Dyer's Burgers" özü tərəfindən hazırlanmış xüsusi yağ qatqısı ilə təamları bişirmək qərarına gəlib və bu xeyli insanın marağına səbəb olub. 100 illik yağda qızardılmış kotletlər indi də xüsusi və təkrarolunmaz dada malikdir. Bəziləri bu burgerləri yeməyə cürət etməsə də,  restoranda boş masa tapmaq çətin məsələdir.

Restoranın hazırki sahibi Kendall Robertson müştəriləri bundan narahat olmamağa çağırıb.

Yeri gəlmişkən, kotletlərin qızardıldığı  çuqun tavanın da yaşı 100-ü keçib. Başqa sözlə, burger üçün kotletlər eyni yağda və və eyni tavada hazırlanır.

L.Tağıyeva

 





16.12.2024    çap et  çap et