525.Az

Yunanıstanda 88 yaşlı marafon iştirakçısı


 

Yunanıstanda 88 yaşlı marafon iştirakçısı<b style="color:red"></b>

Bu il ənənəvi Afina marafonunda iştirakçılardan biri 88 yaşlı kişi olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Plutarxos Purliakars 42,195 km məsafəni 6,5 saata qət edib.

O, artıq, 12 ildir ki, marafon qaçışında iştirak edir və həmişə finiş xəttinə çatmağı bacarır. Özü də bu dəfə ötən ilki göstəricisini xeyli yaxşılaşdırmağı bacarıb.

Qeyd edək ki, Plutarxos Purliakars sağlam həyat tərzi keçirir. Qaçışla 73 yaşından məşğul olmağa başlayıb. Gündəlik 5 km qaçan ahıl kişi istirahət günləri bu rəqəmi 20-ə çatdırır.

L.Tağıyeva

 





17.12.2024    çap et  çap et