Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ Geoloji Xidməti, episentri Kuriko əyalətinin Molina şəhəri olan 6,4 bal gücündə zəlzələnin yerin 110 kilometr dərinliyində baş verdiyini açıqlayıb.
Səlahiyyətlilər zəlzələ nəticəsində insan tələfatının və dağıntıların olmadığını deyiblər.
Zəlzələ Kokimbo, Araukaniya, Valparaiso, Libertador Qral və Biobioda, xüsusilə də paytaxt Santyaqoda hiss olunub.
Malik Atilay
çap et