525.Az

Nigeriyada sərnişin qayığı batıb: 20 nəfər həyatını itirib


 

Nigeriyada sərnişin qayığı batıb: <b style="color:red">20 nəfər həyatını itirib</b>

Nigeriyanın Benue əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 20 nəfər həyatını itirib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Benue polisinin sözçüsü Catherine Anene açıqlamasında bildirib ki, əyalətin İqatu bölgəsindəki bazardan qayıdan insanların mindiyi taxta qayıq Benue çayında batıb.

Anene qeyd edib ki, qəzadan sonra başladılan axtarış-xilasetmə işləri zamanı 20 nəfərin cəsədi tapılıb, 11 nəfər isə xilas edilib.

Xilas edilənlərin xəstəxanaya göndərildiyini bildirən Anene bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Malik Atilay 

 





16.12.2024    çap et  çap et