525.Az

Abxaziyanın Rusiyadan xahişi - elektrik enerjisi pulsuz verilsin


 

Abxaziyanın Rusiyadan xahişi - <b style="color:red"> elektrik enerjisi pulsuz verilsin</b>

Abxaziya Rusiyadan 2025-ci il üçün elektrik enerjisinin pulsuz verilməsini xahiş etsə də, hələlik heç bir cavab almayıb.

525.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Respublikanın energetika və nəqliyyat naziri vəzifəsini icra edən Cansux Nanba məlumat verib.

“Hələ oktyabr ayında Abxaziya Rusiya Federasiyasından 2025-ci il üçün 327 milyon kilovat-saat həcmində pulsuz elektrik enerjisi axını istəmişdi. Bu məsələ ilə bağlı bütün texniki prosedurlar tərəfimizdən tamamlanıb və müvafiq müraciətlər Rusiya Federasiyasının Energetika Nazirliyinə göndərilib. Lakin hələlik qarşı tərəfdən heç bir cavab almamışıq”, - deyə C.Nanba bildirib.

İbrahim Cəfərov

 





18.12.2024    çap et  çap et