525.Az

AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib


 

AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib<b style="color:red"></b>

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib.

525.az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərdə assosiasiyanın Təhsil Proqramının rəhbəri Aslan Kərimov, təlimatçı Osman Rəhimov və UEFA təlimatçısı Frits Şmid iştirak ediblər.

Kursda həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə iştirakçılara antidopinqlə bağlı məlumat verib.

 





18.12.2024    çap et  çap et