525.Az

Xalq yazıçısı Anarın yeni povesti "Azərbaycan"da


 

Xalq yazıçısı Anarın yeni povesti "Azərbaycan"da<b style="color:red"></b>

Bugünlərdə "Azərbaycan" jurnalının yeni  11-ci sayı işıq üzü görüb. Bu dəfə dərgi Xalq yazıçısı Anarın yeni yazdığı "Göz muncuğu" povesti ilə açılır. Son illərdə əsasən esselər, memuarlar, tarixi-kulturoloji traktat, kino-ssenarilər, satirik hekayələr yazan Anar ciddi bir nəsr əsəri ilə oxucularının görüşünə gəlir. Povest haqqında gənc yazıçı, esseist, Anar yaradıcılığının tədqiqatçısı Pərvinin "Anar nəsrinin göz muncuğu" adlı geniş essesi yer alıb. Pərvin Anarın yeni əsəri haqda yazır: "Əsərin əsas uğuru onun oxunaqlı olmasıdı. Povesti birnəfəsə oxuyursan elə ilk cümlədən əsər səni öz sehrinə salır, buraxmır. "Ağrı... dəhşətli, dözülməz ağrı..." - bu ilk cümlədən maraq bürüyür adamı. ağrı, nədi səbəb bu ağrıya, baş verib? oxuduqca hər şey aydın olur... Əsərin qəhrəmanı Əhlimanı diri-diri dəfn ediblər...

... Anar qısa uzun cümlələrlə, rabitəsiz fikirlərlə qəbirdə dirilmiş əli-qolu bağlı insanın dəhşətini, ağrısını, təlaşını, qorxularını son dərəcə dəqiq, canlı ifadə edir. Oxuduqca soyuq, nəm, üstübağlı bir məkanda hiss edirsən özünü qəhrəmanın halını daha yaxşı anlayırsan. Yazıçının da əsas istəyi budur, deyəsən. Əhlimanı oxucusu ilə doğmalaşdırmaq, bəlkə eyniləşdirmək. Axı doğrudan da Əhlimanın daxilindəki xeyir şər toxumları hər birimizin içində var, zamanla cücərir, bəzən biri digərini vurub keçir. Amma xeyirin, yaxud da şərin cücərməsi, boy atması üçün münbit şəraiti yaradan nədir? Bax bu sualın cavabını yazıçı müxtəlif fəsillərdə verir".

Dərginin poeziya bölümündə Qəşəm Nəcəfzadənin, Yusif Həsənbəyin, Əlizadə Nurinin, Anar Aminin, Xosrov Natilin, Səfər Səfərlinin şeirləri yer alıb. 

Dramaturgiya bölməsində isə İlqar Fəhminin "Zümrüd parıltısı" adlı birpərdəli psixoloji dramı oxuculara təqdim olunub.

Jurnal ötən sayından etibarən, Azərbaycanın görkəmli yazıçısı, XX əsrin 30 - cu illərindən ta sonuna kimi ölkəmizin ictimai siyasi həyatının fəal üzvlərindən biri olmuş Mirzə İbrahimovun tanınmış alim, yazıçı, Moskva Dövlət Universiteti-nin professoru Əziz Şəriflə məktublaşmasını oxucularına təqdim edir. Bu dəfə məktublarda o dövrün ümumi ab-havasını duyacaqsınız.

Məhsuldar tənqidçi, Azərbaycan ədəbiyyatını sistemli, ardıcıl araşdıran Vaqif Yusiflinin Müasir Azərbaycan romanı haqqında silsilə tənqidi-publisistik məqalələri davam edir.

Jurnalın redaksiya heyəti Teyyub Qurbanı 80 illik yubileyi münasibətiylə təbrik eləyərək şairin şeirlərini oxuculara təqdim ediblər.

Dərginin "İsti-isti" rubrikasında gənc tənqidçi Aygün Bağırlının "Yeni səs" adlı yazısı yer alıb.

Jurnalın sonunda ənənəvi "Kitab rəfi" rubrikasında yeni kitablar haqda məlumat dərc olunub.

NƏZRİN

 





19.11.2014    çap et  çap et