Serbiya prezidenti Aleksandr Vuçiç yaxın üç ay ərzində istefa verə bilər.
525.az xəbər verir ki, bu barədə “Informer” məlumat yayıb.
Nəşrin yazdığına görə, Serbiya lideri bağlı qapılar arxasında hökuməti sərt tənqid edib, koalisiyadakı tərəfdaşları haqqında dəhşətlə danışıb və hər şeydən bezdiyini bildirib.
“Aleksandr Vuçiçin istefası yaxın üç ay ərzində baş verə bilər. Hökumətin yenidən təşkili əvəzinə hakimiyyətin bütün səviyyələrində seçkilər olacaq. Ola bilsin ki, Vuçiç parlament seçkilərində belə iştirak etməyəcək”, - deyə “Informer” yazıb.
İbrahim Cəfərov
çap et