525.Az

16 il səhvən həbsdə qaldı - 34 milyon dollar kompensasiya ödəniləcək


 

16 il səhvən həbsdə qaldı - <b style="color:red">34 milyon dollar kompensasiya ödəniləcək </b>

ABŞ-də ölüm faktına görə həbs edilən qadının 16 il sonra günahsız olduğu sübut olunub. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2001-ci ildə 18 yaşlı Kristina Bleyz Lobato səfil insanı öldürməkdə təqsirləndirilərək həbs edilib.

İşi aparan detektivlər - Tomas Tousen və Ceyms Loraşel qadının günahını "sübut edə biliblər" və 2006-cı ildə məhkəmə Kristinanı uzun müddətli həbsə göndərib.

2017-ci ildə yenidən aparılmış məhkəmə-tibbi ekspertizası cinayətin Kristina tərəfindən törədilmədiyi barədə rəy verdikdən sonra detektivlərin kobud səhv buraxdıqları üzə çıxıb və qadın azadlığa buraxılıb.

Bundan sonra 16 il günahsız olaraq həbsdə qalan Kristina detektivlərə və Las-Veqas polisinə qarşı iddia ilə məhkəməyə müraciət edib. Dekabrın 12-də məhkəmə  Kristina Bleyz Lobatonun xeyrinə qərar çıxarıb.

Qeyd edək ki, qərara görə Kristinaya 34 milyon dollar kompensasiya ödəniləcək.

L.Tağıyeva

 





18.12.2024    çap et  çap et