525.Az

"Dövlət bilmək istəyir ki, donorlar Azərbaycanda hansı layihələri həyata keçirəcək"


 

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin "525"ə müsahibəsi

"Dövlət bilmək istəyir ki, donorlar Azərbaycanda hansı layihələri həyata keçirəcək"<b style="color:red"></b>

- Azay müəllim, bir müddət öncə parlament tərəfindən QHT-lərlə bağlı qanunvericiliyə sərtləşdirici dəyişikliklər edildi. Eyni zamanda, həmin ərəfədə Milli Məclislə (MM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında QHT-lərə dəstəklə bağlı anlaşma memorandum imzalandı. Bunlar bir-birilə ziddiyyət təşkil etmirmi?

- Əvvəla, burada hansısa ziddiyyətdən sərtləşdirmədən söhbət getmir, gedə bilməz. Burada sırf Azərbaycanda fəaliyyət göstərmək istəyən donorlarla bağlı hüquqi mühit təkmilləşdirilir. Dövlət bilmək istəyir ki, bu gün hansı donorlar Azərbaycanda hansı layihələri həyata keçirəcək bu layihələr bizim prioritet problemlərimizi qədər əhatə edə biləcək. Bu, sırf texniki xarakter daşıyır. Yəni, hər bir donorun, belə demək mümkünsə, həyata keçirdiyi layihələrin məqsədəmüvafiqliyi əvvəlcədən bilinməlidir. Burada da müxtəlif arqumentləri gətirmək olar. Burada koordinasiyanın düzgün qurulması amilini irəli çəkmək olar.

Həmçinin
, səmərəliliyin artırılması, təkrarçılığa yol verilməməsi, şəffaflığın, hesabatlılığın daha çox təmin edilməsi kimi mühüm arqumentləri gətirmək olar. Bizim imzaladığımız memorandum da bir daha onu göstərdi ki, Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, Azərbaycan parlamenti qədər maraqlıdır ki, qərar qəbulunda, qanun qəbulunda vətəndaşın rəyini nəzərə alsın. Eyni zamanda, parlament ilk dəfədir ki, vətəndaş cəmiyyətini özünə tərəfdaş kimi rəsmən qəbul edir. "İctimai iştirakçılıq haqqında" qanunun qəbulundan sonra parlament ilk belə bir addım ataraq gələcəkdə qəbul edəcək bütün qanunların ekspertizasını, ictimai rəyin öyrənilməsini bilavasitə məhz qeyri-hökumət təşkilatlarına həvalə edir. Bu isə çox mühüm bir addımdır hesab edirəm ki, demokratiyanın başqa bir formada təzahürüdür. Çünki əgər parlamentdə, həmçinin ölkədə demokratik mühit, cəmiyyətin, vətəndaşların rəyinin, fikrinin əhəmiyyəti olmasa, bir sözlə, bunlar əhəmiyyət kəsb etməsə, o zaman dövlət bunu heç vaxt etməz.
 
Bu, Azərbaycanda açıq cəmiyyətin təzahürüdür, demokratik cəmiyyətin təzahürüdür. Dövlət deyir, gəl, istəyirsən, hansı qanuna hansı təklifin varsa, buyur de, biz dinləyək, onu nəzərə alaq. Məqamı düşmüşkən, biz yaxınlarda bütün mərkəzi icra hakimiyyəti orqanlarının nəzdində ictimai şuralar yaradacayıq. Bu deməkdir? İctimai şuralar həmin mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə bilavasitə ictimai nəzarəti həyata keçirəcək. Sənin haqqın pozulubsa, harada sənə qarşı haqsızlıq olubsa, yaxud həyata keçirilən layihənin ictimai əhəmiyyəti yoxdursa ictimaiyyətin burada marağı nəzərə alınmayıbsa, məhz həmin ictimai şuralar buna müdaxilə edib müvafiq rəyini verəcək. Bu, orada sənin, mənim, vətəndaşın, ayrı-ayrı insanların səsi olacaq. Belə bir mexanizm yaratmaqla dövlət vətəndaşlarla özü arasında olan həlqəni, əlaqələri, bütövlükdə münasibətləri daha da inkişaf etdirmək, daha da sıxlaşdırmaq istəyir, yəni dövlət vətəndaşına qucaq açır. Bu, qədər gözəl bir işdir.

- Necə hesab edirsiniz, ictimai şuralar formal olmayacaq ki?

 - Heç bir halda olmayacaq. Çünki ictimai şuraların üzvləri seçki yolu ilə seçiləcək. Seçkilərdə kim istəsə öz namizədliyini irəli sürəcək, özü bu seçkilərdə təkcə QHT-lər olmayacaq, burada kütləvi informasiya vasitələri olacaq, burada həmkarlar ittifaqları da olacaq, digər vətəndaş qrupları da olacaq. Siz gəlin, istədiyiniz adamı seçin, sizin əlinizdədir o. Bizim - QHT-lərə Dəstək Şurasının çox gözəl bir nümunəsi var.

Bizim
11 üzvümüz var ki, onun 8-ni qeyri-hökumət təşkilatlarının seçdiyi adamlar təşkil edir. Orada Prezidentin, dövlətin heç bir seçimi olmayıb ki, başqa adamı təyin etsin. Çünki onların verdiyi 3 nəfərin içindən cənab Prezident birini təyin edib hər qrup üzrə. Odur ki, ictimai şuraların təşkili eyni qaydada olacaq. Bilirsiniz, vətəndaş cəmiyyəti quruculuğu uzun bir prosesdir. Burada addım-addım siyasəti özünü doğruldur, burada bir proses getməlidir. Mən memorandumla bağlı çıxışımda da dedim ki, 10-15 il bundan qabaq kimin ağlına gələrdi ki, Milli Məclis vətəndaş cəmiyyəti institutlarını tərəfdaş kimi qəbul etsin, memorandum imzalasın yaxud cənab Prezident QHT-lərlə bağlı belə bir konsepsiya imzalasın, QHT-lərə bu qədər külli-miqdarda vəsait ayırsın? Yəni, demək istəyirəm ki, ölkə inkişaf etdikcə, prioritetlər dəyişdikcə, tələbat artdıqca, buna uyğun olaraq dövlətimiz adekvat addımlar atır ki, buna da sevinmək lazımdır, bunu da təqdir etmək lazımdır.

- Son vaxtlar QHT-lərlə bağlı qanunvericiliyin bir qədər sərtləşdirilməsi bəzi QHT-lər, onların rəhbərləri ilə bağlı atılan məlum addımlar bütün QHT-ləri gələcəkdə "ələ sözə baxan" etməz ya etməyəcək ki?

 - Qətiyyən! Mən sizə tam səmimiyyətlə deyirəm ki, dövlətin belə bir siyasəti, belə bir niyyəti yoxdur. Söhbət hansı QHT-lərdən gedir? Söhbət o QHT-lərdən gedir ki, onlar Azərbaycan qanunlarını pozublar, vergiləri ödəməyiblər, qanunsuz fəaliyyətlə məşğul olublar yaxud da, hər hansı bir formada şəffaflıq prinsipinə, hesabatlılıq prinsipinə əməl etməyiblər. Hesabatını vaxtlı-vaxtında ver, öz fəaliyyətin haqqında şəffaf bir mühit yarat vergiləri vaxtlı-vaxtında ödə, kimin səninlə işi var? Heç kimin işi yoxdur. Eyni zamanda, müəyyən mənada keçid dövründəyik, o təkmilləşmə prosesini biz başlatmışıq   ümid edirik ki, o prosesi yaxın aylarda yekunlaşdıracağıq. Bəli, bu arada, ola bilsin, hansısa QHT-lər bu ya digər formada əziyyət çəksinlər. Banklarla bağlı olan məsələlərdə, müəyyən mənada bildirişlərin əldə olunmasında. Özü , bu, ona görə deyil ki, dövlət bunları sıxışdırmaq istəyir, bu, ona görədir ki, hələ bir çox istiqamətlərdəki boşluqları aradan qaldırmamışıq bizim bir müddət öncə qəbul etdiyimiz məlum qərarlar da həmin boşluqların aradan qaldırılmasına xidmət edəcək. Digər tərəfdən, cənab Prezidentin müvafiq sərəncamına görə, QHT-lərin qeydiyyatı ilə bağlı yeni qaydalar müəyyənləşib. Bu qaydalara əməl etdikdən sonra da hansısa QHT-lərlə bağlı problem qalmayacaq.
 
Eyni zamanda, Ədliyyə Nazirliyi hazırda elektron xidmətə, onlayn rejimə keçir keçəcək. Əgər onlayn rejiminə keçəcəksə, o zaman sən oturacaqsan evində, bilgisayarın arxasında oturub 5 dəqiqəyə öz müraciətini göndərəcəksən, qeydiyyatdan keçib, bildirişini alıb, fəaliyyətini göstərəcəksən. Amma indi bir az səbirli olmaq lazımdır. Hesab edirəm ki, bu səbir bizə çox lazımdır. Bunu siyasi şouya çevirməmək lazımdır. Ölkənin əleyhinə olan, bizi istəməyən qüvvələrə əlavə dəstək verməmək lazımdır. Çox təəssüflər olsun ki, ermənilər öz işğalçılıq siyasətlərini ört-basdır etmək üçün Azərbaycanda bəzi qrupların qaldırdığı beynəlxalq təşkilatların, bəzi bizi istəməyən qüvvələrin istismar etdiyi insan haqlarından faydalanaraq onu bizim əleyhimizə yönəltməyə çalışırlar. Buna yol verməmək lazımdır. Məsələnin mahiyyəti budur burada dövlətin əgər bir basqısı olsaydı, onda QHT-lərə Dövlət Dəstəyi Şurası yaranmazdı. Gedin, bizim dəstək verdiyimiz təşkilatların siyahısına baxın. Hamı oradadır, müxalifət dediyiniz, özünü müstəqil adlandıran, hökuməti tənqid edən QHT-lərin hamısına qrant ayırmışıq, qrant verəndə ayrı-seçkilik qoymadıq. Budur, dövlətin siyasi iradəsi! Əgər belə bir işimiz, istəyimiz olsaydı, min dənə, yüz dənə bizim mexanizm var ki, bu gün qeyri-hökumət təşkilatlarına o dedikləri kimi basqı edək. Cərimə sistemi var, sanksiyalar var, onların deyin hansı tətbiq olunub QHT-lərə? Heç biri! Minlərlə QHT bu gün hesabat verməyib. Onların hamısına biz onda sanksiya verərik.
 
Həmçinin, Əmək   Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sentyabrın 17- bir memorandum imzaladıq. Bilirsiniz ki, qanuna əsasən bütün əmək müqavilələrinin qeydiyyatı oktyabrın 1- qədər başa çatmalıdır xüsusi sənəd alınmalıdır. Ancaq  biz əmək əhalinin sosial müdafiəsi nazirindən xahiş etdik ki, QHT-lər üçün ayrıca bir qrafik müəyyənləşdirsinlər bu müddət dekabrın 31-dək uzadılsın. Sağ olsunlar, onlar da bizim xahişimizi nəzərə aldılar. Demək istəyirəm ki, əgər dövlətin belə bir niyyəti olsaydı, qanun pozan minlərlə QHT-lərə qarşı qərarlar qəbul edilərdi, onların hamısına sanksiya tətbiq olunardı. Amma son 20 ildə cəmi bir QHT bağlanıb, cəmi bir QHT- cərimə tətbiq olunub. Gedin baxın, bu göstəriciləri başqa Avropa ölkələri ilə müqayisə edin. Görün, onlarda mühit daha yaxşıdır, yoxsa bizdə?  Ona görə bunların hamısını bilməniz lazımdır burada heç bir basqıdan söhbət gedə bilməz. Sadəcə, bir çoxları məsələnin mahiyyətinə varmadan danışır, bəziləri bilərəkdən bunu şişirdir, bəziləri bu mövzuya istinad edərək özlərinə qrant təminatı üçün əlavə bir xam material kimi bunu istismar edir. Biz bunu bilirik buna da, yəqin ki, yol verməyəcəyik.

Kamil HƏMZƏOĞLU

 





19.11.2014    çap et  çap et