525.Az

Rusiyalı komandir Moskvada partlayış nəticəsində ölüb


 

Rusiyalı komandir Moskvada partlayış nəticəsində ölüb<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandanı İqor Kirillov və onun müavini Rusiyanın paytaxtı Moskvada yaşayış binasının girişində baş verən partlayış nəticəsində ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi yazılı açıqlamada, Moskvanın Ryazan küçəsindəki yaşayış binasının girişində partlayışın baş verdiyi bildirilib.

Partlayışın əldəqayırma partlayıcıdan törədildiyinə dair məlumatların yer aldığı açıqlamada Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı Kirillov və müavininin həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Malik Atilay 

 





17.12.2024    çap et  çap et