Ərəbistan dənizində, Hindistanın Mumbay şəhəri sahillərində bərə və sürətli qayığın toqquşması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Maharaştra ştatının baş naziri Devendra Fadnavis bildirib.
“Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ölənlərin sayı 13-dür”, - o deyib.
Bildirilir ki, toqquşma nəticəsində 10 mülki şəxs və 3 HDQ hərbçisi ölüb.
Bərənin və qayığın göyərtəsində neçə nəfərin olduğu açıqlanmır. Amma 100-dən çox insanın xilas edildiyi məlumdur.
çap et