525.Az

Ərdoğan: İsrail Livanda vurduğu ziyana görə təzminat ödəməlidir


 

Ərdoğan: İsrail Livanda vurduğu ziyana görə təzminat ödəməlidir<b style="color:red"></b>

“Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livanda vurduğu ziyana görə təzminat ödəməsi üçün İsrailə təzyiq göstərməyə davam etməlidir”.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Livanın Baş naziri Nəcib Miqati ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi Livanda sülhə töhvə verməyə davam edəcək və bu ölkənin sabitliyinə zərər verəcək hər bir addımın qarşısında olacaq.

 





18.12.2024    çap et  çap et