525.Az

Təlim təyyarəsi binaya çırpıldı


 

Təlim təyyarəsi binaya çırpıldı<b style="color:red"></b>

Havay adalarında idarəetmədən çıxan təlim təyyarəsi parklanma məntəqəsinin binasına çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Qonolulu şəhərində baş verib.

"Kamaka Air" təlim təyyarəsi yaxınlıqdakı hava limanına çata bilməyib. Qəza nəticəsində hər 2 pilot həyatını itirib. 

Qeyd edək ki, binaya ciddi zədə dəysə də, orada olanlardan heç kim xəsarət almayıb.

L.Tağıyeva

 





18.12.2024    çap et  çap et