525.Az

Azərbaycanda ICESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur


 

Azərbaycanda ICESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur<b style="color:red"></b>

“Kosmik Tibbin əsasları” təlimi bizim birgə addımladığımız uzun bir yolun başlanğıcıdır. Kosmik tibb elmdə yeni istiqamət olsa da, bu sahəyə maraq artmaqdadır".

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) regional direktorunun müavini Məryəm Qafarzadə “Kosmik Tibbin əsasları” mövzusunda təlimin açılışında deyib.

“Gələcəkdə ICESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlər və təlimlərin keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, birgə səylər və fəaliyyət nəticəsində biz kosmik tibb sahəsində böyük nailiyyətlər əldə edəcəyik”, - deyə M.Qafarzadə əlavə edib.

 





19.12.2024    çap et  çap et