525.Az

Bakıda “Kreativ Gənclər Forumu” başlayıb


 

Bakıda “Kreativ Gənclər Forumu” başlayıb<b style="color:red"></b>

Bu gün Bakıda “Respublika Kreativ Gənclər Forumu” öz işinə başlayıb.

525.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Kreativ Gənclər Şəbəkəsi” layihəsi çərçivəsində keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, milli məclisin deputatları və ali təhsil müəssisələrinin rəhbərləri iştirak edir.

Qeyd edək ki, bu tədbir kreativ gənclər forumlarının ən fəal və yaradıcı 100 gəncini əhatə edəcək.

Forum zamanı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ətrafında müzakirələr aparılacaq. Müzakirələr əsasında gənclər Dövlət Proqramı ilə bağlı öz kreativ təklifləri ilə çıxış edəcəklər.

Tədbirdə qeydə alınan kreativ təkliflər isə gələcəkdə Dövlət Proqramına salınması üçün təqdim olunacaq.

S.QARAYEVA
                          

 





19.11.2012    çap et  çap et